Şəkidə 13 yaşlı oğlan itkin düşüb - FOTO


12:28     22 Yanvar 2020 2020/01/be97ec97-6d2c-4144-b686-78396ed92588_1579681775.jpg


Şəkidə 13 yaşlı oğlan itkin düşüb.


Femida.az-ın məlumatına görə, Şəki şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, yeniyetmə əqli qüsurludur.

Femida.az

Açar sözlər:

Oxunub: 361