Məzahir Pənahov: “Məntəqədə vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur”
13:02 22 Yanvar 2020
“Müasir dünyada dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Bu gün sosial şəbəkələr həyatımızın hissəsinə çevrilib”.
Femida.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məntəqəyə daxil olan vətəndaşın mobil telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Bu dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir. Amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Lakin açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.
“Biz dairə seçki komissiyalarının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki bizim keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı yaranır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”, - MSK sədri qeyd edib.
Oxunub: 521
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"