Azərbaycanda ölüm səviyyəsi azalıb
15:13 22 Yanvar 2020
Azərbaycanda ölüm səviyyəsi aşağı düşüb.
Femida.az-ın məlumatına görə, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.
Qeyd olunan müddət ərzində isə Azərbaycanda 129183 uşaq doğulub. Ümumilikdə ölkə əhalisinin sayı 2019-cu ilin əvvəlindən 78737 nəfər və ya 0,8 faiz artaraq, 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10060194 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib