Zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib


15:31     22 Yanvar 2020 20_01_22_1579692764.jpg

Ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib.


Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Ötən il verilən mühafizə orderlərindən 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır.



Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.

Açar sözlər:

Oxunub: 2400