Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı


16:52     22 Yanvar 2020 20_01_22_1579697564.jpg

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyindən Femida.az-a daxil olan məluymata əsasən, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.

Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 364