Vilayət Eyvazov: “Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib”


17:05     22 Yanvar 2020 20_01_22_1579698375.jpg

Ötən il Azərbaycanda qeyri-leqal dövriyyədən 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

Femida.az -ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, hesabat dövründə mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.


Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.

Açar sözlər:

Oxunub: 546