Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər tutulublar


19:43     22 Yanvar 2020 20_01_22_1579698851.jpg


Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Ələmov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 520 qramdan artıq heroin, 265 qrama yaxın metamfetamin və 508 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qasımov isə şöbə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 394 qramdan çox heroin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 836