"Azərbaycanda hüquqi demokratik islahatlar uğurla həyata keçirilir" - Fuad Ələsgərov


17:16     22 Yanvar 2020 20_01_22_1579698997.jpg


"Azərbaycanda hüquqi demokratik islahatlar uğurla həyata keçirilir".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında çıxışı zamanı deyib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Femida.az

Açar sözlər: #FuadƏləsgərov   #hüquq   #prezident  

Oxunub: 1356