Ötən il 65 qəsdən adam öldürmə cinayətinin üstü açılıb


18:40     22 Yanvar 2020 2020/01/0421E6FB-B92B-419E-B79D-6097289404B4_1579703747.jpeg

2019-cu ildə Bakı şəhəri ərazisində prokurorluq və polis orqanları üzrə 11 176 hadisə hadisə qeydə alınıb.

Femida.az- ın məlumatına görə, bunu Bakı şəhər prokurorluğunda 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

O bildirib ki, baş vermiş hadisələr 2018-ci illə müqayisədə azalıb: "2018-ci ildə Bakı şəhəri üzrə 11813 hadisə qeydə alınıb. 2018-ci illə müqayisədə ötən il 637 hadisə az qeydə alınıb, yəni 5,4% azalaraq, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub".

İ.Abbasov bildirib ki, 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.

2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınıb, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 624