Prezident BP-nin baş icraçı direktoru ilə görüşüb


20:01     22 Yanvar 2020 2020/01/E197C99D-B07B-4177-8F85-4C5EEA9927E9_1579706517.jpeg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Femida.az xəbər verir ki, görüşdə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi.

Söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı. Prezident İlham Əliyev bunun çox mühüm layihə olduğunu bildirdi.

Dövlətimizin başçısı bu ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlər səviyyəsində görüşünün keçiriləcəyini qeyd etdi.

Robert Dadli BP-nin öz fəaliyyətində ətraf mühitin qorunmasına daha böyük əhəmiyyət verəcəyini dedi.


Femida.az

Açar sözlər:

Oxunub: 692