Azərbaycana 16 kq narkotik keçirmək istəyən İran vətəndaşları belə yaxalandı - VİDEO (YENİLƏNİB)


16:09     23 Yanvar 2020 20_01_23_1579758747.jpg


Biləsuvar polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən İran vətəndaşlarını saxlayıb. Onlardan ümumilikdə 16 kiloqram 400 qram narkotik vasitə və psixatrop maddə, həmçinin silah-sursat aşkarlanıb.



Bu barədə Femida.az-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 1276