Rüşvət alarkən görüntüsü yayılan yol polisi ölüb


09:57     23 Yanvar 2020 2020/01/dyp_esas_1579759192.jpg


Bakıda sosial şəbəkələrdə yayılan görüntülərdə rüşvət alan yol polisi ölüb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdın xaric edilib və həmin ildə də vəfat edib”, - deyə, o, bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 2437