Eldar Əzizov rəhbər şəxslərə xəbərdarlıq edib
10:20 23 Yanvar 2020
Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Qurumdan Femida.az-a verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.
Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.
Femida.az
Oxunub: 633
Oxşar xəbərlər
- Eldar Həsənov kassasiya şikayəti verib
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
- Eldar Həsənovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
- Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib
- Eldar Həsənovun məhkəməsində şahidin istintaqa verdiyi ifadə elan edilib
- Eldar Həsənovun məhkəməsində əcnəbilərin göndərdiyi məktublar elan olunub
- Eldar Həsənov yenidən DTX-nin təcridxanasına qaytarılıb
- Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirilib
- Eldar Həsənovun məhkəməsində səfirliyin sabiq əməkdaşı və FHN-in baş inspektoru dindirilib
- Eldar Məmmədəliyev təltif edilib