Qaçqın statusu alan şəxslərə "Yol sənədi" verilir
10:53 23 Yanvar 2020
Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə "Yol sənədi" təqdim edir.
Bunu Femida.az-a açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, həmin yol vərəqi ilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər:
"Keçən illə müqayisədə 11,4 min artım olub. Ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Azərbaycanda qaçqın statusu alan vətəndaşlar bu vaxta qədər ölkədən kənara çıxmağa çətinlik çəkirdilər. Artıq bu sənədi alandan sonra həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər. "Yol sənədi"nin etibarlılıq müddəti 5 ildir. Əgər 5 il müddətində həmin qaçqınla bağlı nəsə problem olmazsa, o müraciət edib növbəti dəfə yol sənədi ala bilər. Bu gün 10 nəfərə "Yol sənədi" təqdim edəcəyik. Amma ardıcıl olaraq digər qaçqınlara da həmin sənədlər veriləcək".
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Qaçqın və məcburi köçkünlər üçün yarım milyarda yaxın vəsait xərclənib
- Qaçqın statusu əldə etməklə bağlı yeni vəzifələr təsdiqləndi
- Qaçqın və məcburi köçkünlərə 200 mln. manat ayrılacaq
- Qaçqınlarla bağlı toplantı keçirildi
- Qaçqınlar binasında yanğın - Fotolar
- Qaçqın düşərgəsində PARTLAYIŞ: 5 ölü, 40 yaralı