Deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri təqaüdçüdür


11:07     23 Yanvar 2020 MSK23.jpg


Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.


Femida.az-ın xəbərinə görə, deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri isə təqaüdçüdür.

Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 665