Dövlət Miqrasiya Xidmətinin beynəlxalq tərəfdaşları ilə birgə saytı işə başladı
11:26 23 Yanvar 2020
Dövlət Miqrasiya Xidməti ilə beynəlxalq tərəfdaşların birgə hazırladığı "migartionto.az" saytı fəaliyyətə başlayıb.
Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi bildirib ki, sayt ölkəyə səfər edən əcnəbiləri miqrasiya perspektivindən məlumatlandırmaq üçün nəzərdə tutulub:
"Saytda ölkəyə səfərin təyinat və məqsədindən asılı olmayaraq vizaların əldə edilməsi, əcnəbilərin ölkədə yaşaması üçün mövcud qaydalar və işgüzar fəaliyətə başlamaq üçün tələblər qeyd olunub. Veb sayt Azərbaycan dilindən başqa rus və ingilis dilində də fəaliyyət göstərir. Yaxın zamanlarda saytdakı məlumatların fransız və ərəb dillərində də yayımlanması nəzərdə tutulub".
V.Hüseynov saytda Azərbaycanın milli-mənəvi dəyərlərinin də təbliğ olunacağını qeyd edib.
Femida.az
Oxunub: 706
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib