Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi


11:37     23 Yanvar 2020 20_01_23_1579765086.jpg

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanla bağlı paylaşım edib.

Mehriban Əliyeva Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib:

“Bu gün İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur. Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

Açar sözlər:

Oxunub: 549