Bakı sakini qəbiristanlıqda döyülüb


12:33     23 Yanvar 2020 20_01_23_1579768440.jpg

Bakı sakini döyülüb.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, pulunun olmadığını dediksə isə döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 566