Ötən gün 40 cinayətkar saxlanılıb


13:09     23 Yanvar 2020 omurluk%20hebs.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 501