Dağıstan rəhbəri Azərbaycana səfər edəcək


14:11     23 Yanvar 2020 20_01_23_1579774369.jpg


“Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var”.


Bunu Femida.az-ın Rusiya bürosunun müxbirinə Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev deyib.

Azərbaycanla əlaqəli yeni layihələr barədə danışan V.Vasilyev qeyd edib ki, 2020-ci ildə Bakı-Dərbənd-Mahaçqala marşrutu üzrə yüksəksürətli qatarın istifadəyə veriləcəyi planlaşdırılır: “Bu, Peterburq-Helsinki qatarına bənzər sürətli qatar olacaq. İstəyirik ki, Dərbənddən keçərək Bakıdan Mahaçqalaya və əks istiqamdə sadələşdirilmiş gömrük prosedurları ilə gediş-gəliş olsun. Artıq çox adam bunun nə vaxt mümkün olacağını soruşur. Layihəni bu il həyata keçirəcəyimizə ümid edirik”.

V.Vasilyev bildirib ki, yaxın gələcəkdə özü də Bakıya səfər etməyi planlaşdırır: “Hələlik tarixi söyləməyəcəm, amma deyə bilərəm ki, bu səfərə çox ciddi hazırlaşırıq”.

O, Azərbaycan və Dağıstan iqtisadiyyatına toxunaraq onların bir-birinə bənzədiyini söyləyib: “İqtisadiyyatlarımız çox oxşardır. Bir çox mütəxəssis hətta birbaşa rəqib olduğumuzu söyləyir. Ancaq, bu, yaxşı münasibətlər qurmağımıza mane olmur və sual yaranan məsələlərdə bir-birimizi başa düşürük”.

Femida.az

Açar sözlər: #Vladimr   #Vasilyev   #Dağıstan  

Oxunub: 592