“ABAD” daha bir bölgədə “food truck”-ını istifadəyə verdi


15:37     23 Yanvar 2020 2020/01/aa3e20661068bfc764c90621149ff498_1579779662.jpg

“ABAD” publik hüquqi şəxsin layihəsi olan “Good Food by ABAD”a məxsus orijinal “food truck”-lardan (təkərli qoşqu) biri də “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayıb.


Femida.az xəbər verir ki dağ-xizək kurortunda kanatla zirvəyə qalxmış qonaqlar üçün dönər, burger, şaurma, çörəkarası balıq kimi qida məhsulları, alkoqolsuz soyuq və isti içkilər təklif olunur.

Beləliklə, “Şahdağ Qış-Yay Turizm Mərkəzi”ndə də fəaliyyətə başlayan “food truck”-la birgə “ABAD” “food truck”-larının sayı 6-ya çatıb. Hazırda olanlar aşağıdakı məntəqələr qarşısında öz fəaliyyətini həyata keçirir:

- N.Nərimanov metrostansiya çıxışı;

- “Gənclik Mall” TM;

- Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi;

- Beşbarmaq dağı;

- Masallı “ASAN Həyat” Kompleksi;

- Şahdağ Qış-Yay Turizm Mərkəzi.

Qeyd edək ki, “food truck”-larda təklif olunan qida növlərinin hazırlanmasında ABADçı ailələr tərəfindən istehsal olunan təbii və keyfiyyətli məhsulların istifadəsinə önəm verilir.



Femida.az

Açar sözlər:

Oxunub: 791