Ədliyyə Akademiyasinda gələcək mediasiya təlimçiləri üçün ilk təlim keçirilir - Fotolar
16:02 23 Yanvar 2020
Ədliyyə Akademiyası ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə gələcək mediasiya təlimçiləri üçün ilk təlim həyata keçirilməyə başlayıb.
Femida.az-ın məlumatına görə, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov mediasiya institutunun respublikamızda yaranma tarixində danışaraq qeyd edib ki, Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilb, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Bu müddəalara əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır. Buna görə də mediatorların hazırlanmasının çox mühüm əhəmiyyət kəsb etdiyini bildirən rektor təlimin Avropa İttifaqı və Azərbaycan Respublikasının “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihəsi çərçivəsində həyata keçirildiyini vurğulayıb.
Daha sonra Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin əməkdaşı - Məryəm Hacı-İsmayılova təlimin əhəmiyyətini vurğularaq qeyd edib ki, təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunacaq və onlar gələcəkdə mediatorların təlimlərinə təlimçi qismində cəlb ediləcəklər.
4 noyabr 2019-cu il tarixdə rəsmi açılışı baş tutan layihə çərçivəsində mediasiya sahəsində strategiyanın müəyyən edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Mediasiya Şurasının yaradılması ilə bağlı dəstəyin göstərilməsi, mediatorlara təlimlərin keçirilməsi, mediasiyanın təbliği, kiçik tələblərin mühakiməsi və hüquqi yardımın göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının fəaliyyəti ilə bağlı bir sıra müddəaları nəzərdə tutur. Belə ki, sənəddə mediasiya ilə bağlı xüsusi təlim-seminarların keçirilməsi, mediasiya, danışıqların aparılması, mübahisələrin alternativ yolla həlli və münaqişələrin həlli nəzəriyyəsi ilə bağlı Ədliyyə Akademiyasına bağışlanacaq beynəlxalq miqyaslı kitablardan təşkil olunmuş MAH (mübahisələrin alternativ həlli) kitabxanasının yaradılması, milli təlimçilərdən ibarət əsas qrupların və Layihə qrupundan ən azı bir əsas ekspertin iştirakı ilə mediatorlar üçün ilkin mediasiya üzrə sınaq xarakterli iki təlim-seminarın, mediasiya üzrə məlumatlılıq səviyyəsinin artırılmasına dair üç milli seminarın keçirilməsi nəzərdə tutulur.
Yanvar ayının 21-dən etibarən həyata keçirilməyə başlayan ilk 5 günlük təlimin iştirakçıları aidiyyəti qurumların irəli sürdüyü namizədlərdən və Avropa İttifaqı tərəfindən verilmiş elan nəticəsində müraciət etmiş şəxslər arasından seçiliblər. Müraciətlərə Layihə üzrə Komanda rəhbəri olan Leonardo D᾽Urso, Beynəlxalq ekspert Adi Gavriladan və baş ekspert Ruslan Mirzəyevdən ibarət komissiya tərəfindən baxılıb.Ümumilikdə 36 nəfər iştirakçının cəlb edildiyi təlimin əsas məqsədi mediator təlimçilərin hazırlanmasından və gələcəkdə mediatorların təlim qurumları vasitəsilə mediatorlara silsilə təlimlərin keçirilməsindən ibarətdir.
Femida.az
Oxunub: 2577
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb