Sərhəddə 3 kq narkotik tutulub
16:26 23 Yanvar 2020
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam etdirilir.
DSX-dan Femida.az-a verilən çəlumata görə, yanvarın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu ağ rəngli “AzSamand” markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Əhmədov Anar Kərəm oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kq 980 qram narkotik vasitə (2 kq 115 qr “marixuana” və və 865 qram “tiryək”) aşkar olunaraq götürülüb.
A.Əhmədovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobildə olan digər iki nəfər şəxs hadisə yerindən qaçmağa cəhd göstərib, lakin təqib edilərək saxlanılıblar. “AzSamand” markalı 90 PS 159 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılan şəxslər özlərini Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Niftəliyev İlkin Gəray oğlu və Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədova Məftunə Xudayat qızı kimi təqdim etmiş və əraziyə narkotik vasitələri aparmaq məqsədilə gəldiklərini bildiriblər.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxunub: 934
Oxşar xəbərlər
- Sərhəddə insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır
- Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib
- Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb
- Sərhəddə film kimi əməliyyat - Atəş açıldı, avtomobillə qaçanlar saxlanıldı
- Sərhəddən 8809 ədəd psixotrop həbin keçirilməsinin qarşısı alınıb
- Sərhəddən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
- Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq
- Sərhəddə təcili tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb - RƏSMİ
- Sərhəddə çamadanın tutacağında heroin gətirən iranlı saxlanılıb - FOTO
- Sərhəddən 1000 ədəd "Belomorkanal" keçirmək istəyən azərbaycanlı saxlanıldı