Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb


18:33     23 Yanvar 2020 itkin%20qız.jpg

Gəncədə itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb.

Femida.az -ın məlumatına görə, Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb.

Açar sözlər:

Oxunub: 745