“Azəriqaz” havaya görə xüsusi iş rejiminə keçir
17:38 23 Yanvar 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yanvarın 24-dən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə yaydığı məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində xüsusi iş rejimi tətbiq olunacaq.
Femida.az-a birlikdən verilən məlumata görə, qurumun rəhbərliyindən bu məsələ ilə bağlı bütün struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Əmək normaları çərçivəsində istehsalatda işçilərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi diqqətə çatdırılıb. Bundan başqa, gözlənilən hava şəraitində qəza hallarının qarşısının operativ şəkildə alınması üçün idarə və müəssisələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Təhlükəsizlik qaydalarına uyğun olaraq qaz paylayıcı stansiya və qaz tənzimləyici məntəqə ərazilərində odlu işlərin görülməsi dayandırılacaq.
Abonentlərdən xahiş olunur ki, hər hansı qəza nəticəsində baş verən qaz sızmaları, sərfiyyat artdığına görə qazın normal rejimdə verilməsində qeydə alına biləcək çətinliklər və s. hallarda Birliyin 104/185 Çağrı mərkəzinə zəng edə bilərlər. Eləcə də (+99477) 3 104 104 saylı operativ whatsapp nömrəsinə yazılı, səsli və ya görüntülü mesajlarla məlumat verilməsi xahiş olunur.
Femida.az
Oxunub: 746
Oxşar xəbərlər
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”
- “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
- “Azəriqaz” MTK-larda yaşayan sakinlərə müraciət edib
- “Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək
- “Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib
- “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək
- “Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
- “Azəriqaz” ödənişlərlə bağlı vətəndaşlara müraciət etdi
- “Azəriqaz”: Qaz çəkilişi heç bir rüsum və üçün ödəniş tələb edilmir