Hacı Salayev namizədliyini geri götürdü
18:48 23 Yanvar 2020
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.
Femida.az xəbər verir ki, Hacı Salayev Modern.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, bəzi məqamlara aydınlıq gətirib:
“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.
Hacı Salayev son olaraq xahişini də dilə gətirib:
“Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.
Qeyd edək ki, Hacı Salayev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, heç bir partiyanın üzvü deyil.
Oxunub: 879
Oxşar xəbərlər
- Hacıqabul sakini bıçaqlanıb
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranların məhkəməsi başlayıb
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabul sakini itkin düşüb
- Hacı İbrahim Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxunub
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib