Şirvan sakini külli miqdarda narkotiklə tutulub


20:52     23 Yanvar 2020 20_01_23_1579794832.jpg

Şirvan şəhər sakinindən külli miqdarda narkotik vasitələr götürülüb.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini Aftandil Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd bükümdə ümumi çəkisi 80,184 qram psixotrop maddə metafetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 755