23 nəfərə qarşı dələduzluq etmiş şəxsin məhkəməsidir


09:22     24 Yanvar 2020 1398947325_mehkeme.jpg

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan "200" MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun barələrindəki hökmdən verdikləri şikayət üzrə məhkəmə prosesi başlayıb.


Femida.az -ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Məhkəmə baxışı fevralın 3-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar. İş üzrə 23 nəfər zərərçəkmiş var.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E. Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər məhkəmə hökmündən narazı qaldıqlarından apelyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 588