10 yaşlı Nərmini qətlə yetirməkdə təqsirləndirilən İlkindən xəbər var
09:31 24 Yanvar 2020
Sabunçu rayon Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlunun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Femida.az -ın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apelyasiya Məhkəməsinin hakimləri tərəfindən baxılan prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Tovuz Rayon Məhkəməsin İ.Süleymanov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Oxunub: 758
Oxşar xəbərlər
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam
- 107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb
- 10 noyabrdan sonra 22 nəfər mina partlamasında ölüb
- 10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR
- 100 minə yaxın azərbaycanlının “Facebook”da şəxsi məlumatları oğurlanıb
- 102 nəfər prokurorluq orqanlarına işə qəbul imtahanından keçdi - SİYAHI
- 103 illik soyqırımı tarixinin qorunduğu yer - FOTOLAR
- 1000 ədəd qida əlavəsi yararsız çıxdı
- 100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri
- 100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib