Holokost və Xocalı!


09:56     24 Yanvar 2020 2020/01/product1626466568_1579845734.jpg

Tarix boyu yəhudi xalqı sürgünlərə qırğınlara məruz qalıb. Bunların ən dəhşətlisi Holokostdur. Holokost yunanca Holos- bütün, Koustos -yanmış sözündən ibarətdir. Ümumiyyətlə antisemitizm tarix boyu Avropada var olub. Yəhudilərin İspaniyadan sürgünləri və enqiziya nəticəsində yüz minlərlə yəhudi müxtəlif işgəncələr nəticəsində öldürülüb, bütün malları müsadirə olundu. Tarixdə rus Çarı III Aleksandırın yəhudilər əleyhinə çıxardığı qərarlar da. Həmin qərarlara əsasən yəhudilər öz adlarına mülk ala bilməz, şəhər və qəsəbələrin kənarında yaşaya bilməzdi. Bazar günləri və xristian bayramlarında ticarət edə bilməzdi. Bütün bu vəziyyət Avropanın hər yerində eyni idi. Ən pis olanı o idi ki, bütün bunları din adı altında edirdilər. Hitler və nasist partiyasının hakimiyyətə gəlməsindən sonra Almaniyada yəhudilərə qarşı təzyiqlər artmağa başladı. Öncə dövlət qurumlarında çalışan yəhudilər işlərindən qovuldu. Heç bir yəhudi dövlət qurumunda çalışa bilməzdi, həmçinin yəhudi tələbələr də təhsil aldıqları universitetlərdən çıxarılırdılar. 1935-ci ildə Nürnberq qanunları qəbul olundu. Bu qanunlara əsasən yəhudilər ari irqindən kimsə ilə ailə qura bilməzdi. Bununla bərabər yəhudilərin alman vətəndaşlığı əlindən alındı. Almaniya üçün çalışıb, Almaniya üçün xidmət edən yəhudilər artıq bu ölkədə düşmən elan edilmişdi.



Tanınmış yəhudi alimlər ölkəni tərk edirdilər. Bunlara Albert Eynştein, Ziqmund Freyd, Walter Benjamini göstərmək olar. 1938 –ci il 9 noyabrı 10 noyabra bağlayan gecədə Nasit Partiyasının təşkil etdiyi hücumda yəhudilərə aid evlər, iş yerləri və ibadətxanalar yandırıldı. Həmin gecəyə “Kristal gecəsi” deyildi, çünki həmin gecədə dağıdılan sinaqoq və evlərin qırılan şüşələrinin parıltılarına görə belə adlanırdı. Həmin gecənin sonunda 91 yəhudi öldürüldü, yüzlərlə sinaqoq və evlər yandırıldı. Bu hadisələrin sonunda 30 min yəhudi Dachau, Buchenwald, Oranieburg xüsusi düşərgələrinə göndərildi. Lakin orada bütün mal varlıqlarını alman hökumətinə verəcəkləri barədə sənədlərə qol çəkəndən sonra sərbəst qala bilirdilər. Almaniyanın Polşanı işğal etməsi nəticəsində isə iki milyondan artıq yəhudi Almaniya hakimiyyətinin nəzarəti altına girdi. Himmlerin sağ qolu olan Reinhard Heydrich yəhudilərin gettolara yerləşdirilməsini və alman ordusu üçün çalışmalarını təklif etmişdi. Almaniya hökuməti bütün yəhudiləri gettolara doldurdu. Bu gettolardan ən böyüklərindən biri Varşava gettosu idi. Almaniya işğal etdiyi ölkələrdə də eyni siyasəti həyata keçirirdi. Faşist Almaniya artıq belə qərara gəlmişdi ki, bütün yəhudiləri yer üzündən silsin. Bunun üçün yəhudilər ölüm düşərgələrinə göndərilirdi. Bu düşərgələrdən ən qorxunc olanları Auschwitz-Birkenau, Madjanek, Varşova, Arbeitsdorf idi. Bu ölüm düşərgələrində yəhudilər üzərində qorxunc tibbi sınaqlar aparıldı. “Ölüm mələyi” ləqəbi ilə tanınan Yosef Mengel yəhudilər üzərində amansız sınaqlar aparırdı. Bunlara diri-diri insanların qollarının, ayaqlarının kəsilməsi, şikəst insanlar, əkiz körpələr və s. aid idi. O iki milyon insanın öldürülməsində birbaşa günahkar idi. Faşist əsgərləri bununla bərabər işğal etdikləri yerlərdə də yəhudiləri öldürürdülər. Bu qətliamlardan biri də Kiyev ətrafında olan Babi Yar idi. Bu qətliamda 34 min yəhudi güllələnmişdi. Bütün bu soyqırımlar nəticəsində 1,2 milyonu uşaq və körpə olmaqla 6 milyon yəhudi soyqırımına məruz qaldı. 1945-ci il 27 yanvar tarixində ən böyük ölüm düşərgəsi olan Auschwitz-Birkenau Müttəfiq qoşunları tərəfindən azad edildi.2005-ci il tarixindən BMT tərəfindən 27 Yanvar Holokostu anım günü kimi qeyd edilir.
Beləcə əsrlərlə dünyada antsemitizm olduğu halda yəhudilər hər zaman Azərbaycanda sülh içində yaşayıblar. Bundan başqa, yəhudi xalqı kimi Azərbaycan xalqı da tarix boyu soyıqırımlarına məruz qalıb. Necə ki, Auschwitzdə yəhudi körpələrin diri-diri qolları, ayaqları kəsilirdi, hamilə qadınların qarınlarından uşaqları kəsib çıxarılırdısa, eyni qətliamı Xocalıda, Qarabağda Azərbaycan xalqı da yaşadı. Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.



Bu gün bütün dünyada ən pis xəstəlik irqçilik və faşizmdir. 1918-ci ildə Qubada yəhudi xalqınada bu zülmü edib.Stepan Şaumyanın və Lalayanın başçılıq etdiyi faşist dəstələri Azərbaycanlarla birlikdə yəhudilərə qarşıda qırğınlar törədiblər.Bu qırğınlar nəticəsində üç mindən artıq yəhudi qətlə yetirilmişdir.AMEA-nın insan hüquqları insitutunun və yəhudi icmasının köməkliyi ilə öldürülən 87 yəhudinin adı aşkar olunmuşdur.Ermənilər və xüsusilə Daşnak Partiyasının Hitler və Faşist Partiyası ilə əlaqələri mövcud idi. Həftəlik “Hayrenik” jurnalının 1936-cı il 19-21 avqust nömrəsinin üz qabığında Hitlerin fotosu və nasist liderin fəaliyyətini təbliğ edən məqalə yayımlanmışdı.Bundan başqa ermənilər bir başa Hitlerin ordusuna qatılıb və yəhudi soyqırımında iştirak etmişlərdir. Hitlerin ordusunun tərkibində müxtəlif erməni taburları iştirak edirdiş III Reyx üçün savaşmış məşhur erməni taburlarında biri də 812-ci taburdur. Bu tabur Alfred Muradyan və Armik Camalyanın rəhbərliyi ilə təşkil olunmuşdu. Armik Camalyan Ermənistan xarici işlər naziri olmuş Arşak Camalyanın oğlu idi. Gördüyümüz kimi erməni faşizmi yalnız Azərbaycan xalqına düşmən deyil. Erməni faşizminə xidmət etməyən hər bir xalq, millət onların düşmənidir.
Bu gün bütün dünyanın ən qorxunc “xəstəliyi” irqçilik və faşizmdir. Azərbaycan xalqı da hər zaman çörək verdiyi, qonşu bildiyi ermənilər və onların faşist siyasəti ilə üzləşib. Erməni faşizmi yalnız Azərbaycan xalqına zülm etməyib. 1915-ci ildə Qubada yaşayan yəhudi camaatına da bu zülmlər edilib. Yüzlərlə yəhudi bu soyqırımında öldürüldü. Ən son erməni faşizmində 1 milyondan çox Azərbaycanlı qaçqın və məcburi köçkün öz yurdundan didərgin düşdü, minlərlə insan vəhşicəsinə öldürüldü. Azərbaycan xalqının bu haqlı davasında yəhudi xalqı da Azərbaycanın yanında oldu. Albert Aqarunov Qarabağda azərbaycanlılarla çiyin-çiyinə döyüşərək şəhid oldu. Bu gün hər iki xalq bir-birinə dəstək olur. Çünki hər iki xalq terrordan, soyqırımından əziyyət çəkib. Azərbaycanın haqlı davası olan Qarabağ məsələsində İsrail və yəhudi xalqı Azərbaycana daim dəstək olur. Nə gözəl haldır ki, İsrailin Prezidenti Reuven Rivlin Xocalını BMT kürsüsündən Holokosta bərabər insanlığa edilmiş bir cinayət kimi bütün dünyaya bildirir. Bu, iki xalqın və dövlətin bir-birinə verdiyi dəyərdən irəli gəlir. Məqaləni Holokost soyqırımında və Xocalıda ölənlərə Tanrıdan rəhmət diləyərək bitirmək istəyirəm.

Murad Salmanov

Femida.az

Açar sözlər:

Oxunub: 2071