Dövlət Agentliyi Davos Forumunda təmsil olunub - FOTOLAR
10:46 24 Yanvar 2020

Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın rəqəmsal hökumət sahəsində gördüyü işlər, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında süni intellektin və digər innovativ həllərin tətbiqi haqqında da Forum iştirakçılarına məlumat verilib. Artıq 50 ildir ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun bu ilki illik toplantısı yubiley toplantısı olaraq yadda qalıb.
21-24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Dövlət Agentliyinin ikinci dəfə təmsil olunduğu Dünya İqtisadi Forumuna bu il 117 ölkədən 3000 iştirakçı qatılıb. Forumda Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə və EHİM-in departament rəhbəri Soltan Bayramov təmsil ediblər.
Dövlət Agentliyinin nümayəndə heyəti “Dünyanın rifahı naminə innovasiyaların inteqrasiyası” mövzusunda 2-ci illik Ekosistem Toplantısına qatılıb. Forum çərçivəsində keçirilən görüşlərdə “ASAN xidmət”, “myGov”, “ASAN Viza”, “e-satınalma”, “e-agro”, “INNOLAND” və digər layihələr təqdim olunub. Həmçinin müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, Azərbaycanın qeyd olunan layihələrinin digər ölkələrdə tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib.
Femida.az
Oxunub: 505
Oxşar xəbərlər
- Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
- Dövlət başçısı Xocalı rayonunun Sığnaq kəndində olub
- Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək
- Dövlət Komitəsi 12 yaşlı Ləmanı nəzarətə götürdü
- Dövlət Xidməti Aİ-92 benzini ilə bağlı sahibkarlara müraciət edib
- Dövlət hesabına təyin olunan vəkillərə 2.6 milyon manat ödənilib
- Dövlət Baxçalı Prezident İlham Əliyevi təbrik edib
- Dövlətə 231 min manat ziyan vuran vəzifəli şəxslər barəsində istintaq yekunlaşdı
- Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişdi
- Dövlət Agentliyi tibbi sığorta ilə bağlı vətəndaşlara müraciət edib