Bakı polisi əməliyyat keçirdi: saxlanılanlar var


11:06     24 Yanvar 2020 2018/03/polis_yeni_1518511611_1520063614.jpg

Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.


Femida.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Ağababayevdən 4,375 qram tiryək, Nəsimi RPİ-nin 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramal Məmmədovdan 1,652 marixuana, 376 qram heroin və 908 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 407