Vəkillərin DİQQƏTİNƏ! - Daha bir təlim keçiriləcək


12:03     24 Yanvar 2020 20_01_24_1579852843.jpg


Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində “Məhkəmələrdə əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər” mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, 28 yanvar 2020-ci il tarixdə saat 09:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov tərəfindən “Əmək mübahisələri və onların həlli mexanizmləri”, “İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzularında və Vəkillər Kollegiyasının üzvü Samir Nuriyev tərəfindən “Əmək mübahisələrinin rəsmiləşdirilməsi və xitam verilməsi qaydaları” ilə bağlı müzakirələr aparılacaq.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına ([email protected]) göndərə bilərlər.

Femida.az

Açar sözlər: #vəkil   #təlim  

Oxunub: 1013