Xadimə mənzildən 5 min manatlıq oğurluq edib
12:27 24 Yanvar 2020
Bakıda xadimə evdən oğurluq edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsinə yanvarın rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Dadaşova saxlanılıb və o, bu cinayət əməlini törtəməsini etiraf edib.
Femida.az
Oxunub: 566