Bakı sakinindən 2,5 kq heroin götürülüb


12:33     24 Yanvar 2020 heroin%20narkotik.jpg

Bakıda 2 kq-dan çox heroin dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 562