50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb


12:54     24 Yanvar 2020 mehkeme3.jpg

50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul şəxslərinin yeni yaradılan məhkəmə hakimləri ilə görüşü zamanı qeyd olunub.

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və s. üzrə mühüm işlər görülüb. O cümlədən məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlamalar və monitorinqlər intensivləşdirilib, bu məqsədlə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt və monitorinq sektorları yaradılıb. Ötən müddətdə 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, digər tədbirlər görülüb.

Bundan əlavə, iqtisadiyyatın inkişafında vacib rol oynayan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb. Onların işinin təşkili üzrə əməli tədbirlər görülüb, o cümlədən ərazi yurisdiksiyası, hakim və aparat işçilərinin ştat sayı müəyyən edilib, infrastruktur məsələləri həll olunub, zəruri avadanlıqla təmin edilib.



Femida.az

Açar sözlər: #məhkəmə   #ədliyyə  

Oxunub: 1586