Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müşavirə keçirilib
13:10 24 Yanvar 2020
Gəncədə parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) tərəfindən seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda regional seminar-müşavirə keçirilib.
Femida.az-ın məlumatına görə, müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov, Qabil Orucov Ali Məhkəməsinin hakimi İlqar Hüseynov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, hakimi Teyyub Muxtarov və region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edib.
Müvafiq məhkəmə orqanları, dairə sədrlərin nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirə seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.
Açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçilərinin “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatları keçirilib.
Tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 622
Oxşar xəbərlər
- Seçkilərlə bağlı iclas bu tarixdə keçiriləcək - Konstitusiya Məhkəməsi açıqladı
- Seçkiyə görə baş həkimə şiddətli töhmət verildi
- Seçkilərin ilkin NƏTİCƏLƏRİ
- Seçkilər qanunvericiliyə uyğun şəkildə keçirilir - MDB müşahidə missiyasının rəhbəri
- Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
- Seçki dairələrində müşahidə üçün müraciət müddəti başa çatıb
- Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün müddət başa çatır
- Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırılıb
- Seçkiləri müşahidə edəcək şəxslərin sayı açıqlandı
- Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?