Ermənistan ordusunun daha bir əsgəri yaralanıb


13:51     24 Yanvar 2020 ermeni_herbci.jpg

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən xəsarət alan əsgərlərin sayı durmadan artır.

Femida.az xəbər verir ki, ağır xəsarət almalarına baxmayaraq, həkimlərin və komandirlərin səhlənkarlığı səbəbindən müalicə olunmamaları da əsgər ailələrinin əlavə dərdinə çevrilib.

Erməni KİV-lərində yer alan məlumata görə, hərbi hissələrdən birinin əsgəri Qor Antapyan müəmmalı şəraitdə ayağından yaralanıb. Bu azmış kimi Q.Antapyan həkimlərin səhlənkarlığı səbəbindən müalicə olunmur. Əsgərin valideynlərinin dəfələrlə xahiş etmələrinə baxmayaraq, yaralı əsgər hərbi hospitala göndərilmir.

Hadisə ictimaiyyətdən gizlədilir və faktla bağlı heç bir araşdırma aparılmır.

Femida.az

Açar sözlər:

Oxunub: 639