Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
13:53 24 Yanvar 2020
Qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər və fondlar haqqında” qanuna əsasən, QHT-lər aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Femida.az-ın məlumatına görə, nazirliyin QHT-lərə müraciətində bildirilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında hesabat;
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər;
Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.
“Göstərilənləri nəzərə alaraq, www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.
Əlavə məlumat üçün telefon nömrəsi: (012): 404 46 99, daxili 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova”, - deyə nazirlik bəyan edib.
Femida.az
Oxunub: 641
Oxşar xəbərlər
- Maliyyə Nazirliyində kadr yerdəyişmələri olub
- Maliyyə Nazirliyində yeni təyinat olub
- Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı
- Maliyyə nazirindən ittiham: "Pul ayrılır, nəticə yoxdur"
- Maliyyə Nazirliyinin əməkdaşı qəfildən vəfat edib
- Maliyyə Nazirliyi büdcə hesabatını yaydı
- Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
- Maliyyə dəstəyi üçün 148 minə yaxın vergi ödəyicisi müraciət edib
- Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!
- Maliyyə Nazirliyinin əməkdaşı vəfat edib