Daha bir nazirlik könüllü fəaliyyətinə başladı
14:25 24 Yanvar 2020
Energetika Nazirliyi “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi” haqqında Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, “Gənc Energetiklər” könüllülük proqramının icrasına başlayıb.
Femida.az-ın Energetika nazirliyinə istinadən verdiyi məlumata görə, könüllülük proqramına 18-29 yaşarası, ali təhsil müəssisələrində təhsil alan bakalavrlar və ya magistrlər müraciət edə bilərlər.
Proqram çərçivəsində könüllülər Energetika Nazirliyinin bir sıra şöbələrində 2 aylıq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Proqramın sonunda hər bir könüllüyə nazirliyin sertifikatları təqdim olunacaq.
Könüllü fəaliyyəti ilə bağlı qeydiyyat yanvarın 24-dən fevralın 17-dək davam edəcək.
Könüllülər sırasına qoşulmaq və proqramda iştirak etmək istəyən gənclər Energetika Nazirliyinin minenergy.gov.az rəsmi internet saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilərlər.
Femida.az
Oxunub: 978
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
- Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Nazir Ermənistanın enerji layihələrinə qoşulmasının şərtini açıqladı
- “Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri
- Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib