Qusarda qar qəzaya səbəb oldu: "VAZ" yük maşınına çırpıldı


15:03     24 Yanvar 2020 2020/01/snow_240120_1579863839.jpg

Qusarda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, hadisəyə səbəb kimi qarlı hava şəraiti göstərilir. Belə ki, "VAZ" markalı avtomobil buzlu yolda hərəkətdə olarkən idarətməni itirib. Yoldan çıxan minik avtomobili kənarda park edilən yük avtomobilinə çırpılıb.

Hadisədə xəsarət alanın olub-olmamağı barədə məlumat yoxdur. Qəza yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 450