Azərbaycan Texniki Universitetində yeni təyinat


15:35     24 Yanvar 2020 kreslo%20cixarildi%20memur5.jpg

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.


Universitetin mətbuat xidmətinin rəhbəti Sevinc İsgəndərovanın Femida.az-a veridyi məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun “Maşınqayırma texnologiyası” kafedrasının dosenti vəzifəsində davam etdirib. Qeyd edək ki, şöbənin bundan əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək “Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı seçilib. O vaxtdan magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Femida.az

Açar sözlər:

Oxunub: 546