Tovuzdakı bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb


20:03     24 Yanvar 2020 tok.jpg

Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində yerləşən “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı 3 nəfər ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alamaları faktı ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə həmin şirkətin ərazisində aparılan yol-tikinti quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasında olan qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunması nəticəsində xəsarət alaraq Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilmişlər.

Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta-ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 965