Gürcüstanda ombudsman ədliyyə nazirindən Baş Prokurorluğa şikayət edib


17:03     24 Yanvar 2020 2020/01/3ecd4095-b753-4347-9c24-fc33f0e8f65c_1579871113.jpg


Gürcüstan ombudsmanı Nino Lomcaria ədliyyə naziri Tea Tsulukianini onun fəaliyyətinə müdaxilədə ittiham edib.

Buna səbəb Xüsusi Penitensiar Xidmətin ombudsmanın ötən gün “Matrosov” adlandırılan həbsxanada olması ilə bağlı detalları açıqlamasıdır.

N.Lomcaria Ədliyyə Nazirliyinin xalq müdafiəçisinin fəaliyyətinə müdaxilə və təsir etmək cəhdləri ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Sənəddə qeyd olunub ki, Konstitusiya ilə ombudsmanın fəaliyyətinə maneələr yaratmaq qanunla cəzalandırılır.

Müraciətdə Baş Prokurorluqdan faktla bağlı dərhal istintaqın başlanılması xahiş olunub.

Ombudsman Gürcüstanın baş naziri və parlament sədrini də məsələyə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Xüsusi Pentensiar Xidmətin yaydığı məlumata əsasən, N.Lomcaria ötən gün həbsxanada keçmiş müdafiə naziri İrakli Okruaşvili, sabiq daxili işlər naziri və baş nazir Vano Merabişvili və Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlılar bölməsinin keçmiş rəhbəri Kaxaber Nakaniyə baş çəkib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 685