Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək
17:08 24 Yanvar 2020

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası davam edir.
Femida.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, həmin Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib:
"Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.
Sözügedən Fərman çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə Komitə tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74.046 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olacaq".
Femida.az
Oxunub: 777
Oxşar xəbərlər
- Parlamentin komitəsi onlayn iclas keçirəcək
- “Məsciddə donuz saxlayanla dostluq edənlər müsəlman deyil” - Komitə rəsmisi
- Komitə sədri onlayn vətəndaş qəbulu keçirəcək
- Ötən il Dövlət Komitəsinə 6,5 min müraciət i olub - Əksəriyyəti alimentlə bağlıdır
- Gömrük Komitəsi xaricdən mal gətirənlərə yenidən güzəşt edib
- Dövlət Komitəsi 12 yaşlı Ləmanı nəzarətə götürdü
- Dövlət Komitəsi Ağcabədi, Füzuli və Tərtərdə yeni layihəyə start verdi
- Rusiya İstintaq Komitəsinin erməni əsilli müstəntiqi həbs edilib
- Komitə videokonfrans formatında dinləmə keçirəcək
- Dövlət Komitəsinin işçiləri YAŞAT Fonduna ianə edib