Komitə sədri: 74 mindən çox ailənin mənzil üzərində mülkiyyət hüquqları təsdiqlənəcək


17:08     24 Yanvar 2020 20_01_24_1579871304.jpg


Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası davam edir.


Femida.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, ötən illər ərzində bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin şəhərsalma qanunvericiliyinin tələblərinə tam riayət olunmadan aparılması səbəbindən həmin binaların rəsmiləşdirilməsində və sakinlərinin yaşadıqları mənzillər üzərində mülkiyyət hüquqlarının tanınmasında olan çətinlikləri nəzərə alaraq, həmin Fərman ölkə vətəndaşlarının hüquq və maraqlarının hər şeydən üstün olduğunu bir daha nümayiş etdirib:

"Fərmanla bir sıra dövlət qurumlarının vəzifələri müəyyənləşdirilib, belə binaların istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə tapşırıqlar verilib.

Sözügedən Fərman çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən belə binaların dayanıqlığı və təhlükəsizliyi ilə bağlı təqdim olunmuş müsbət rəylər əsasında Bakı şəhəri üzrə Komitə tərəfindən, ölkənin digər şəhərləri üzrə isə aidiyyəti yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş istismara icazələr əsasında ümumilikdə 74.046 ailənin mənzil üzərində mülkiyyət hüquqlarının təsdiq olunması mümkün olacaq".

Femida.az

Açar sözlər: #komitə  

Oxunub: 982