Sosial şəbəkədə yayılan videoya görə 2 tibb işçisi cəzalandırıldı
17:11 24 Yanvar 2020
Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb.
Femida.az-ın məlumatına görə, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyinin açıqlamasında bildirilir ki, son günlər sosial şəbəkədə yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yaradılıb:
"Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması müəyyənləşib və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb".
Müəssisə videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına da münasibət bildirib:
"Uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər uşaqlar saxlanılır".
Femida.az
Oxunub: 942
Oxşar xəbərlər
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- Sosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilib
- Sosial şəbəkələr vasitəsi ilə narkotik satan şəxs tutuldu - VİDEO
- Sosial şəbəkələrdə paylaşım edən hərbçilər işdən çıxarıldı
- Sosial yardımın məbləği artıb
- Sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün yeni qayda müəyyənləşib
- Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri həbs edilib