Vəkilliyə qəbul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!


19:34     24 Yanvar 2020 20_01_24_1579871763.jpg


Vəkilliyə qəbul olmaq istəyən şəxslər üçün imtahan keçiriləcək.

Femida.az xəbər verir ki, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 31 yanvar 2020-ci il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək və imtahanda 245 namizəd iştirak edəcəkdir.

Əlavə olaraq bildiririk ki, imtahanda iştirak edəcək namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə 31 yanvar 2020-ci il tarixdə saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Femida.az

Açar sözlər: #vəkil  

Oxunub: 1346