1866 tikinti obyektində nöqsan aşkarlanıb


17:30     24 Yanvar 2020 tikinti%20kulek.jpg


2019-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən səyyar və kameral qaydada 15 şəhər və rayonda ümumilikdə 1866 tikinti obyekti üzrə şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmada nöqsanlar qeydə alınıb.


Femida.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, həmin nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər ünvanlanıb:

"Bununla yanaşı, Tikintilərin Dövlət reyestrinin aparılması qaydalarının pozulmasına, yəni tikintiyə və istismara verilmiş icazələr barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə Komitəyə təqdim edilmədiyinə görə 22 şəhər və rayon üzrə ümumilikdə 255 inzibati xəta ilə bağlı protokollar tərtib edilib".

Femida.az

Açar sözlər:

Oxunub: 861


Oxşar xəbərlər