Bakı polisi “feyk” xəbərlərlə bağlı müraciət etdi
21:35 24 Yanvar 2020

Mətbuatda dərc olunan məlumatların yoxlanması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanunla tənzimlənir.
Femida.az -ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanunda bu barədə konkret müddəa var.
Kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində səbəb və əsaslar yarada bilər. Bunu nəzərə alaraq jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, faktı ictimailəşdirməzdən əvvəl onu aidiyyəti üzrə dəqiqləşdirməlidirlər.
Qeyd edilib ki, bəzi jurnalistlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri də rastlaşdığı faktı, yaxud “feyk” xəbəri rahatlıqla ictimailəşdirir. Bəzən əsassız yayılan informasiyanın dəqiqləşdirilməsi üçün saatlarla vaxt lazım olur. İnformasiya saytları ilə yanaşı, sosial mediada həmin məlumatlar kütləvi paylaşılır, xəbərin mahiyyətindən xəbərsiz olanlar rəylər yazır, ittihamlar səsləndirirlər. Belə olduqda meyarlar pozulur. Bu, ənənəvi mediadan fərqli olaraq sosial şəbəkələrdə ani emosional münasibət, isterika yaradır.
Femida.az
Oxunub: 870
Oxşar xəbərlər
- Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - VİDEO
- Bakıda liftdə qalanlar xilas olundu
- Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub
- Bakı, Sumqayıt, Abşeron rayonu üzrə pensiyalar ödənilib
- Bakıda ağacların dibi asfaltdan təmizlənib
- Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
- Bakıda tıxac olan yolların adları açıqlanıb - SİYAHI
- Bakıda narkotik alverçiləri tutulub - FOTO
- Bakıda 13 yaşlı qız itkin düşüb - FOTO
- Bakıda bu işçilərin maaşı artıb